ADDIM-ADDIM İNKİŞAF

Başlamaq düşündüyündən sadədir.

İlk müraciətdən tamamladığın layihəyə qədər bütün yol bir platformada.

01

Hesabını yarat.

Adını, e-poçtunu və təhsil məlumatlarını əlavə et. Şəxsi kabinetin müraciətlərini və proqram üzrə irəliləyişini izlədiyin yer olacaq.

02

Proqramını seç və müraciət et.

İstiqamət, səviyyə və müddətə görə proqramları araşdır. Şərtləri oxu və müraciətini göndər. Statusunu “Müraciətlərim” bölməsində izlə.

03

Tapşırıqları tamamla, rəy al.

Qəbul olunduğun proqramın həftəlik tapşırıqlarını aç. Təlimata uyğun işlə, tələb olunan formatda həllini göndər və koordinatorun rəyinə əsasən düzəliş et.

04

Nəticələrini təqdim et.

Tələb olunan işlər təsdiqləndikdən sonra, proqramda sertifikat verilməsi aktivdirsə, kabinetindən sifariş yarada bilərsən. Sertifikat ödənişlidir; məbləğ və ödəniş məlumatları əvvəlcədən göstərilir.